» » AVRO-2020: Kriştianu Ronaldu ən yaxşıdır

AVRO-2020: Kriştianu Ronaldu ən yaxşıdır

Bölmə: Idman
AVRO-2020: Kriştianu Ronaldu ən yaxşıdır
UEFA hazırda davam edən Avropa çempionatının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

"Report"un məlumatına görə, siyahı tərtib edilərkən oyunçuların meydandakı müxtəlif hərəkətləri nəzərə alınıb.

İlk pillədə mübarizəni 1/8 finalda dayandıran Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yer alıb. İkinci sırada Çexiya yığmasının hücumçusu Patrik Şik qərarlaşıb. İlk "üçlüy"ü isə Danimarka seçməsindən Yoakim Mexle tamamlayır.

Qeyd edək ki, bu gün AVRO-2020-də yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günündə İtaliya və İspaniya, sabah isə İngiltərə və Danimarka yığmaları üz-üzə gələcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler