Böyük Britaniya səfiri AVRO-2020-də İngiltərənin çempion olacağına inanırBölmə: Idman
“Futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsi çərçivəsində şənbə günü Bakıda keçiriləcək Çexiya-Danimarka oyununa getməyə ümid edirəm”. Bu barədə “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib. “Kimin qalib gələcəyi mənim üçün vacib deyil”, - səfir oyunun nəticəsi ilə bağlı şərh bildirərkən deyib. Diplomat bildirib ki, çempionatda İngiltərə yığmasına azərkeşlik edir. “İngiltərə qalib gəlməlidir. Mənim İngiltərəyə azərkeşlik edirəm və onun qalib gələcəyinə ümid edirəm”, - Ceyms Şarp deyib. Xatırladaq ki, bu gündən etibarən Futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsinə start verilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|