Avropanın ən az qol buraxan qapıçılarıBölmə: Idman
Avropanın aparıcı futbol çempionatlarında qapısından ən az top buraxan qolkiperlər bəlli olub.Xalqinfo.az qol.az-a istinadən xəbər verir ki, 12 qolkiperin yer aldığı siyahıya "Bavariya"nın qapıçısı Manuel Noyer başçılıq edir. Almaniya millisinin üzvü keçirdiyi 12 oyunun 9-da qapısını toxunulmaz saxlayıb. "Yuventus"un qolkiper Canluici Buffon ikinci, "Zenit"in çərçivə qoruyucusu Yuri Lodıgin isə üçüncü olub. 1. Manuel Noyer ("Bavariya") - 12 oyunun 9-da qol buraxmayıb. 2. Canluici Buffon ("Yuventus") - 12 oyunun 9-da qol buraxmayıb. 3. Yuri Lodıgin ("Zenit") - 14 oyunun 9-da qol buraxmayıb. 4. Klaudio Bravo ("Barselona") - 12 oyunun 8-də qol buraxmayıb. 5. Morqan de Sanktis ("Roma") - 10 oyunun 7-də qol buraxmayıb. 6. Freyzer Forster ("Sauthempton") - 12 oyunun 7-də qol buraxmayıb. 7. Stefan Ruffye ("Sent-Etyen") - 14 oyunun 7-də qol buraxmayıb. 8. İker Kasilyas ("Real", Madrid) - 10 oyunun 6-da qol buraxmayıb. 9. Ron-Robert Çiler ("Hannover") - 12 oyunun 6-da qol buraxmayıb. 10. Vinsent Enyama ("Lill") - 13 oyunun 6-da qol buraxmayıb. 11. Jefri Jurdran ("Monpelye") - 14 oyunun 6-da qol buraxmayıb. 12. Salvador Siriqu (PSJ) - 14 oyunun 6-da qol buraxmayıb. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|