» » “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim” -

“Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim” - Rəşad Sadiqov

Bölmə: Idman
 “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim” -
“Neftçi”nin yeni futbolçusu Rəşad Sadiqov ictimaiyyətə təqdim olunub.

“Report” xəbər verir ki, 33 yaşlı futbolçu “Bakcell Arena”da təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Hazırlıq durumunuz nə yerdədir?

- Fərdi şəkildə məşq edirdim. Çəki problemi olmadığına görə daha rahatdır. Yüz faiz də olmasa, 70 faiz hazıram. Futbolçularımızda özünəinam çatmırdı. Baş məşqçi özünəinamı qaytarmaq istəyir. İlk növbədə bunu düzəltmək lazımdır.

- “Zirə”dən ayrıldıqdan sonra karyeranı bitirəcəyin deyilirdi...

- “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim.

- “Neftçi”nin uğursuzluğu lider futbolçunun yoxluğu ilə əlaqədar idi. Bu yükü üzərinə götürmək çətin olmayacaq?

- Hər komandada lider futbolçu olmalıdır. Çalışacağam ki, bu yükü üzərimə götürüm. Təkcə oyunumla yox, meydandan kənardakı davranışlarım və komanda yoldaşlarımla danışığımla da liderlik etməyə çalışacağam.

- Yay fasiləsində qısa zamanda formasını geyindiyiniz “Zirə”yə qarşı xüsusi motivasiya ilə oynayacaqsınız?

- Elə bir şey yoxdur. Peşəkar qaydada matça hazırlaşıram. Hər oyunda olduğu kimi, əlimdən gələni etməyə çalışacağam.

- “Zirə” sizi intizamsızlığa görə heyətdən kənarlaşdırdığını açıqladı. Bu barədə nə deyə bilərsiniz?

- “Zirə”dən ayrılmalıydım. “Astra” ilə oyundan sonra özüm də demişdim ki, komandaya qayıtmayacağam. Xarakterimiz tutmurdu. Buna görə də “Zirə”dən getməliydim.

- Maşınınızın saxlanılmasının “Zirə” ilə bağlı olduğu deyildi. Bu doğrudurmu?

- Buna inanmıram. Çünki həmin hadisədən sonra “Zirə”də qalan maaşım, mükafatım var idi. Onu da çağırıb verdilər. Maşınımın saxlanılmasının “Zirə” ilə bağlı olduğunu düşünmürəm.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler