» » “Qarabağ” klubu loqosunu dəyişib

“Qarabağ” klubu loqosunu dəyişib

Bölmə: Idman
“Qarabağ” klubu loqosunu dəyişib
“Qarabağ” futbol klubu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət edib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, müraciətdə klubun loqosundakı dəyişiklik haqqında məlumat əksini tapıb.

Rəsmi açıqlamada deyilir: “Qarabağ” Futbol Klubu ölkə çempionatında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuzun üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib. Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabağ” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir. Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler