» » Hollandiya klubunun futbolçusu:

Hollandiya klubunun futbolçusu: "Azərbaycan yığmasını seçə bilərəm"

Bölmə: Idman
Hollandiya klubunun futbolçusu:
Mən Hollandiya türküyəm. Bu da Türkiyə pasportu ilə Azərbaycana getməyimə şərait yaradır.

Xalqinfo.az apasport.az-a istinadən xəbər verir ki, bunu "Feyenoord"un futbolçusu Orkun Kökcü deyib.

"Feyenoord" akademiyasının yetirməsi olan Ozancan Kökcü kimi, kiçik qardaşı Orkun da Azərbaycan millisini seçə bilər. Bunu Hollandiya mətbuatına müsahibəsində yarımmüdafiəçi özü söyləyib.

16 yaşlı oyunçu gələcəkdə hansı yığmanın formasını geyinəcəyinə hələ qərar vermədiyini bildirib: "Mənim 3 ölkənin yığmasını seçmək imkanım var: Hollandiya, Türkiyə və Azərbaycan. Yekun qərarımı müəyyənləşdirməyim üçün hələ çox tezdi. Bu üzdən hamının üzünə qapını açıq saxlayıram".

Orkun böyük qardaşı Ozancanın "Bursaspor"a transferini də dəyərləndirib. O, U-21 millimizin üzvünün doğru addım atdığını düşünür: "Qardaşım Ozancanın Türkiyənin yüksək liqa klubuna keçməsinə çox sevindim. Məncə, doğru seçim etdi. Hazırkı vəziyyətə görə, bu qərarında 100 faiz haqlı idi. Ancaq mən "Feyenoord"da qalmağı üstün tutdum. Çünki burda daha yaxşı inkişaf edəcəyimi düşünürəm. İnanıram ki, bu yay əsas komandanın toplanışına qatılacam. Belə olarsa, əsas komandada möhkəmlənmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Orkun Kökcünün U-17 yığmamıza çağırılması gündəmdədi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler