» » Azərbaycanda yeni futbol liqası yaradıldı

Azərbaycanda yeni futbol liqası yaradıldı

Bölmə: Idman
Azərbaycanda yeni futbol liqası yaradıldı
Azərbaycanda yeni – Bakı Futbol Liqası (BFL) adlı həvəskar futbol liqası yaradılıb.

APA-nın məlumatına görə, bu liqanın digər liqalardan fərqi odu ki, BFL-in keçirdiyi yarışda meydanda hər komandadan 11 deyil, 8 futbolçu çıxış edəcək.

Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər. 2017/18 mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.

Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək. Liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb.

Qeyd edək ki, yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanır.

Yarışla bağlı ətraflı məlumatı www.bfl.az saytından öyrənmək olar.

Əlaqə nömrələri: (050) 671 20 05; (051) 888 00 05

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler