» » “Havanı söyübsə də, cəzalandıracağıq” -

“Havanı söyübsə də, cəzalandıracağıq” - Samir Abbasov

Bölmə: Idman
“Havanı söyübsə də, cəzalandıracağıq” -
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov futbolçusu Nicat Muxtarovun cəzalanmasından danışıb. “Xalqinfo” xəbər verir ki, o, sportal.az saytına açıqlamasında gənc oyunçunun söyüş söyməsini mənfi qarşıladığını bildirib.

AFFA İntizam Komitəsi Muxtarovun bu hərəkətinə görə “Sumqayıt”ı 3200 manat məbləğində cərimələyib, Oyunçuya 4 oyunluq cəza verib. Samir Abasov bildirib ki, həmin məbləği futbolçu özü ödəyəcək:

“Canı çıxacaq özü ödəyəcək. Həmin matçda hakim qarşılaşmanı çox yüksək səviyyədə idarə etdi. Bu, yol verilməzdir. Düzdür, son dəqiqələr idi, hamı gərgin idi, qapımıza penalti təyin edilmişdi. Amma bu o demək deyil ki, sən ağzına gələni danışmalısan. Buna gərək yox idi. Özü ödəyəcək həmin cəzanı. Bu da ona dərs olacaq. Bizim heyətdə təcrübəli futbolçular da var. Onlar məyus halda kənarda sakit dayanmışdılar. Nicat da özünü qat-qat təcrübəli futbolçular kim aparmalı idi. Bundan sonra Nicat Muxtarova bu, böyük dərs olar”.

Nicat Muxtarov açıqlamasında hakimi deyil, havanı söydüyünü bildirmişdi. Bununla bağlı Samir Abasov bu fikirləri səsləndirib:

“Havanı söymək də düzgün deyil. Hava şəraiti çox gözəl idi. Havanı söyübsə, buna görə də cəzalandıracağıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler