Gülәşçilәrimiz Avropa çempionatında 3 qızıl medal qazandıBölmə: Idman
Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. ”Xalqinfo” xəbər verir ki, beşinci yarış günündə 59, 71, 80 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır. 59 kq-da mübarizə aparan Murad Məmmədov Litva və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olub. Rəqibinə heç bir şans verməyən Murad Məmmədov çempionatın qızıl medalını qazanıb. 71 kq çəki dərəcəsində yarışan İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Bolqarıstan, Moldova, İtaliya və Macarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq. 80 kq çəkidə mübarizə aparan Eltun Vəzirzadə Slovakiya və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Belarus təmsilçisi olacaq. 98 kq-da yarışan Orxan Nuriyev ardıcıl olaraq Litva, Rusiya və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi Finlandiya təmsilçisi olacaq. 59 kq Final - Murad Məmmədov - Cambolat Lokyaev (RUS) 4:1 1/2 final - Murad Məmmədov - Abdurrahman Altan (TUR) 9:1 1/4 final - Murad Məmmədov - Justas Petravicus (LTU) 8:0 (41 san.) 71 kq Final - Ramaz Zoidze (GEO) - İslambek Dadov 1/2 final - İslambek Dadov - Robert Attila Fritsch (HUN) 8:0 (31 san.) 1/4 final - Riccardo Vito Abbrescia (İTA) - İslambek Dadov 3:8 1/8 final - Valeriu Toderean (MDA) - İslambek Dadov 0:11 1/16 final - Krasimir Plamenov Krumov (BUL) - İslambek Dadov 0:11 (81 san.) 80 kq Bürünc medal görüşü - Yahor Kasiankou (BLR) - Eltun Vəzirzadə 1/2 final - Gela Bolkvadze (GEO) - Eltun Vəzirzadə 5:1 1/4 final - Eltun Vəzirzadə - Hannes Vagner (GER) 3:2 1/8 final - Norbert Sipka (SVK) - Eltun Vəzirzadə 4:11 98 kq Final - Matti Elias Kuosmanen (FIN) - Orxan Nuriyev 1/2 final - Orxan Nuriyev - Fatih Başköy (TUR) 5:4 1/4 final - Aleksandr Golovin (RUS) - Orxan Nuriyev 2:7 1/8 final - Romas Fridrikas (LTU) - Orxan Nuriyev 1:3 |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|