"Azərbaycana qarşı amansız olacağıq" Yoahim LövBölmə: Idman
Qarşıdakı oyunlara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bu amil bizə problem yarada bilər. Xalqinfo.az Apasport.az saytına istinadən məlumatına görə, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib. Bu gün İngiltərə ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Bundestim 4 gündən sonra DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq. Almaniya mətbuatına açıqlama verən Löv həm İngiltərə, həm də Azərbaycanla oyunları dəyərləndirib: “Seçmə mərhələdə son matçımızı 4 ay əvvəl keçirmişik. İngiltərə ilə oyunöncəsi isə hazırlıq keçmək üçün çox vaxtımız olmadı. Buna baxmayaraq, arzularımızı həyata keçirmək üçün hər cür çətinliklərin öhdəsindən gəlməyə hazır olmalıyıq. Bunun ardından Azərbaycanla önəmli oyunumuz olacaq. Hər matçda olduğu kimi, yenə keyfiyyətli oyun sərgiləməyə çalışacağıq və amansız olacağıq”. Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Leyla Həsənova |
XƏBƏR LENTİ
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|