Güləş fəndlərinin qiymətləndirilməsində – DƏYİŞİKLİKLƏRBölmə: Idman
Güləş idman növünün daha da populyarlaşması və güləşə marağın artırılması məqsədilə Dünya Güləş Birliyi güləş qaydalarında mütəmadi olaraq dəyişikliklər edir. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, martın 20-dən etibarən bir sıra yeni dəyişikliklər qüvvəyə minib. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə bütün yaş qruplarına aid olan qayda dəyişiklikləri: - sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalara zidd hərəkətlər) xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək (yunan-Roma güləşində olduğu kimi); - sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək (yunan-Roma güləşində olduğu kimi); - sərbəst güləşdə tətbiq edilən yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa, 4 xalla qiymətləndiriləcək (yunan-Roma güləşində olduğu kimi); - sərbəst güləşdə 30 saniyə aktivlik vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa, passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək; - görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə videotəkrara baxa biləcək; - qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək; - yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilmişdi. Bu qaydada hər hansı dəyişiklik edilməyib. Qeyd edək ki, 8-9 aprel tarixlərində Bolqarıstanda təşkil olunacaq Dan Kolov-Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar bundan sonra veriləcək. 28 mart - 2 aprel tarixlərində Macarıstanda baş tutacaq U-23 Avropa çempionatı isə partersiz sistemlə keçiriləcək. Leyla Həsənova |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|