Ronaldo “İlin ən yaxşı futbolçusu” seçildi - PortuqaliyadaBölmə: Idman
“Real”ın və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “İlin ən yaxşı futbolçusu-2016” mükafatına layiq görülüb. Xalqinfo.az xəbər verir ki, K.Ronaldo 4-cü dəfə “Qızıl top” mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldo Madrid “Real”ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub. Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş “İlin ən yaxşı məşqçisi” mükafatı ilə təltif olunub. Qaliblərin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|