» » “Araz Abdullayev “Qəbələ”dəki qaydalara uymalıdır”

“Araz Abdullayev “Qəbələ”dəki qaydalara uymalıdır”

Bölmə: Idman
“Araz Abdullayev “Qəbələ”dəki qaydalara uymalıdır”

"Qәbәlә" qış fasilәsini yanvarın 9-da başa vurub Antalyada tәlim-mәşq toplanışına başlayacaq.

"Qırmızı-qaralar"ın baş mәşqçisi Roman Qriqorçuk toplanış oyunöncәsi "Qafqazinfo"ya açıqlama verib. Ukraynalı mütәxәssis әvvәlcә Araz Abdullayevin transferindәn danışıb: "O, maraqlı futbolçudur. Bizim komandaya uyğun oyunçudur. Mәni onda olan hәr şey qane edir. Çox şadam ki, Araz Abdullayev bizimlә müqavilә bağladı".

Qriqorçuk Abdullayevin xarakterindә problem olmasına belә münasibәt bildirib: "Onun "Neftçi"dәki problemlәrinə heç bir şey deyә bilmәrәm. Amma "Qәbәlә"yә gәlibsә, bütün qaydalara uymalıdır. Bizim komandada daxili qaydalar var. O da mütlәq bunlara riayәt etmәlidir. Fikrimcә, hәr şey qaydasında olacaq".

Tәcrübәli mәşqçi Petar Franyiçlә bağlı fikirlәrini dә bölüşüb. O, hәlә dә özünü sübut edә bilmәyәn xorvatiyalı haqqında fikrini tam dәqiqlәşdirmdiyini sözlәrinә әlavә edib:

"Onun haqqında çox danışa bilmәyәcәm. Onun haqqında sonra danışacam. Çünki Petar özünü tam sübut edә bilmәdi. O hәlә dә komandaya tam uyğunlaşa bilmәyib. Çәtinlik çәkir. Bir müddәt ona şans vermәk lazımdır. Bundan sonra fikirlәrim tam dәqiqlәşәcәk. Hәlәlik Franyiç "Qәbәlә"nin futbolçusudur".

Çalışdırıcı heyәtә yeni futbolçuların cәlb edilmәsi haqqında da danışıb: "Yeni futbolçular haqqında heç nә danışa bilmәrәm. Bununla komandanın menecerlәri maraqlanır. Yalnız müqavilә imzalanandan sonra bu futbolçular haqqında fikrimi deyәrәm".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler