Türklərin çəkindiyi, İsrailin qürur duyduğu QADIN - Fotolar
15 dekabr 2016 04:40
Baxış: 462
Şərh: 0
Çap
İsrail klublarından “Hapoel” (Byer-Şeva) son vaxtlar adını tez-tez eşitdiyimiz komandalardandı. Xüsusilə, bu komandanın İtaliya nəhəngi “İnter”i geridə qoyaraq, Avropa Liqasının qrup mərhələsini uğurla başa vurması yaddaqalan oldu.
Xalqİnfo.az Komanda.az-a istinadən xəbər verir ki, Avroliqanın 1/16 final mərhələsində “Beşiktaş”la qarşılaşacaq İsrail klubunun özündən çox prezidenti diqqət çəkir. Məsələ burasındandı ki, Byer-Şeva təmsilçisinin prezidenti qadındı. Alona Barkat ad-soyadlı bu xanım adını İsrailin futbol tarixinə yazdırıb. Elə İsraildə ilk qadın klub prezidenti olması ilə.
Alona Barkat Byer-Şeva “Hapoel”ini 2007-ci ildə alıb və elə o vaxtdan bu klubun sahibidi. Komanda onun rəhbərliyi altında 2016-cı ildə İsrail çempionu olmağı bacardı. Özü də nə az, nə çox, düz 40 ildən sonra.
Barkat üç uşaq anasıdı.
Əlaqə üçün E-mail: xalqinfo@mail.ru
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az
|