» » Yunanıstan Bosniya və Herseqovinadan üzr istədi

Yunanıstan Bosniya və Herseqovinadan üzr istədi

Bölmə: Idman
Yunanıstan Bosniya və Herseqovinadan üzr istədi

Yunanıstan Futbol Federasiyası Bosniya və Herseqovina xalqından üzr istəyib. “Xalqİnfo” xəər verir ki, buna DÇ-2018-in seçmə mərhələsinin IV turu çərçivəsində baş tutan Yunanıstan – Bosniya və Herseqovina matçında baş verənlər səbəb olub.

Qollu bərabərliklə başa çatan matçda (1:1) yerli azarkeşlər Bosniya və Herseqovina xalqına nifrət göstərən pankratlar açıblar. Pankartda 1995-ci ildə baş vermiş Srebrenitsa qətliamı ilə bağlı serblərin bosniyalılara nifrətini göstərən "Noz, zica, Srebrenica" (Bıçaq, tel, Srebrenitsa) sözləri yazılıb.

Bununla əlaqədar federasiya bu cür pankartların açılmasının doğru olmadığını, irqçiliyin qəbuledilməz olduğunu bildirərək qarşı tərəfdən üzr istəyib.

Xatırladaq ki, qarşılaşmanın son dəqiqələrinə qədər Bosniya 1:0 hesabıyla öndə olsa da, meydan sahibləri son saniyələrdə bərabərlik qolunu vura bilmişdilər. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler