» » Azərbaycanlı jurnalistin sualı Mourinyonu çətin vəziyyətə saldı - Video

Azərbaycanlı jurnalistin sualı Mourinyonu çətin vəziyyətə saldı - Video

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Azərbaycanlı jurnalistin sualı Mourinyonu çətin vəziyyətə saldı - Video

İngiltərənin “Mançester Yunayted” futbol klubunun Portuqaliyadan olan baş məşqçisi Joze Mourinyo ötən gecə Türkiyənin “Fənərbaxça” klubu ilə keçirilən oyunun nəticələrini şərh edib.

XalqInfo.az xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Joze Mourinyo “Fənərbaxça”-nın oyununu alqışlayıb.

Ancaq mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistin Joze Mourinyoya verdiyi sual Türkiyə və digər xarici ölkə mediasında qalmaqala səbəb olub.

Azərbaycanlı jurnalistin verdiyi “Erməni futbolçu Henrik Mkhitaryanı komandadan uzaqlaşdıracaqsınızmı?” sualı Joze Mourinyo üçün gözlənilməz olub.

Joze Mourinyo isə həmin suala cavabında deyib ki, Henrik Mkhitaryanı komandadan uzaqlaşdırmağı düşünmürəm: “Ancaq Henrik Mkhitaryan oyununu gücləndirməlidir. Hər şey bu qədər sadədir”.

Xatırladaq ki, ötən gecə “Mançester Yunayted” ilə “Fənərbaxça” klubları arasında keçirilən oyunda Türkiyə komandası 2:1 hesabı ilə qələbə qazanıb.



Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler