» » Oyun zamanı futbolçunun meydanı niyə tərk etdiyi aydın oldu

Oyun zamanı futbolçunun meydanı niyə tərk etdiyi aydın oldu

Bölmə: Idman
Oyun zamanı futbolçunun meydanı niyə tərk etdiyi aydın oldu
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


İtaliya A Seriyasının X turunda baş tutan "İnter" – "Torino" (2:1) matçında maraqlı hadisə yaşanıb. "Xalqİnfo" xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Adem Lyaiç oyunun 80-cı dəqiqəsində meydanı tərk edib və bir qədər sonra meydana qayıdıb.

25 yaşlı futbolçunun gözlənilmədən meydanı tərk etməsi matç başa çatdıqdan sonra bəlli olub. Serbiya millisinin üzvü təbii ehtiyaclarını yerinə yetirmək üçün meydanı tərk edib.

Bu barədə məlumatı komandanın serbiyalı çalışdırıcısı Sinişa Mixayloviç də təsdiqləyib. O, futbolçunun bu hərəkətə görə cəzalanmayacağını deyib.

Qeyd edək ki, oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler