Maradona FİFA-ın rəhbəri olurBölmə: Idman
Argentinalı futbolçu Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini verəcək.Xalqinfo.az-ın məlumatına görə, bu barədə uruqvaylı jurnalist Victor Morales bildirib. Maradona dəfələrlə keçmiş FİFA prezidenti Joze Blatteri korrupsiya və səriştəsizlikdə günahlandırıb və təşkilatda köklü islahatlar aparılmasına üstünlük verir. Ümumiyyətlə, bunadək FİFA prezidentliyinə 5 nəfərin namizədliyi verilib. Bunlar Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Artur Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir. Xatırladaq ki, J.Blatter bu ilin mayında 5-ci dəfə FİFA-ya prezident seçilsə də iyunun 2-də istefa verib. Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin habsindən 2 gün sonra baş verib. Mənbə ANS PRESS |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|