» » Kamran Ağayev start heyətindən niyə çıxarıldı?

Kamran Ağayev start heyətindən niyə çıxarıldı?

Bölmə: Idman
Kamran Ağayev start heyətindən niyə çıxarıldı?“Kayserispor”un qapıçısı Kamran Ağayev “Osmanlıspor”la dünənki qarşılaşmanın “18-liy”indən son anda çıxarılıb.

Xalqinfo.az apasport.az-a istinadən xəbər verir ki, bunun səbəbi millimizin qolkiperinin əlindən zədələnməsi olub.

Klubun rəsmi “facebook” səhifəsində yazılan məlumata görə, start heyətində meydana çıxması gözlənilən Kamran oyunöncəsi isinmə hərəkətləri zamanı sol əlinin iki barmağından xəsarət alıb. Xəbərdə zədənin ciddi olmadığı, lakin hər şeyə bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcəyi vurğulanıb.

Qeyd edək ki, PTT I liqasının XXIX turu çərçivəsində “Osmanlıspor”la səfərdə qolsuz heç-heçə edən “Kayserispor” hazırda 61 xalla turnir cədvəlinə başçılıq edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler