» » “Bakı” futbol klubu vergidən yayınır –

“Bakı” futbol klubu vergidən yayınır – Rəsmi açıqlama

Bölmə: Idman, BLOK XƏBƏR
“Bakı” futbol klubu vergidən yayınır – "Bakı Futbol Klubu" MMC-nin vergidən yayınır.

Xalqinfo.az “APA-Economcs”ə istinadən xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub.

Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb.

Vergi borcunun həcmi açıqlanmır.

“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov “APA-Economics”ə bildirib ki, yaranmış vergi borcu klubun işçilərinin əmək haqqından ödənilməli olan vergidir: “Bu borcun məbləği elə də böyük deyil və həcminin açıqlanması məqsədəuyğun hesab edilmir”.

Y. Seyidov əlavə edib ki, yaxın vaxtlarda yaranmış borc öhdəlikləri yerinə yetiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler