Rövşən Nəcəf Fernandu Santuşla görüşdü - Fotolar
13-06-2024, 16:32. Yerləşdirdi: Tural

AFFA-nın prezidenti Rövşən Nəcəf bu gün Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşla görüşüb.
Xalqinfo.az xəbər verir ki, görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Geri qayıt