Hərbçimiz naməlum şəraitdə itkin düşüb
10-06-2024, 09:13. Yerləşdirdi: Tural

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bu barədə Xalqinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Geri qayıt