DataLife Engine > GÜNDƏM > Həmsədrlər erməni nazirlə görüşdülər

Həmsədrlər erməni nazirlə görüşdülər


6-10-2017, 17:00. Yerləşdirdi: sefa Həmsədrlər erməni nazirlə görüşdülər
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şoferlə görüşüb.

Xalqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili məsələsi və Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyətə dair məsələlər müzakirə edilib.
Geri qayıt