DataLife Engine > GÜNDƏM > Erməni ordusu itki verdi

Erməni ordusu itki verdi


11-02-2015, 10:45. Yerləşdirdi: Tural Erməni ordusu itki verdi
Ötən gün Ermənistan ordusu daha bir itki verib.

ANS PRESS-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hadisə işğal olunmuş Dağlıq Qarabağda qeydə alınıb.

Erməni mətbuatı saat 19:55-də 24 yaşlı Tiqran Simonyanın xidmətdə olarkən ölümcül yara aldığını bildirir. Bir qədər sonra hərbçi ölüb.

Ermənistan Müdafiə Nazirliyi insidentlə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, son vaxtlar Ermənistan ordusu cəbhədə xeyli sayda itki verir.

Təkcə yanvar ayında düşmən ordu 20-dən çox hərbi qulluqçusunu itirib. Onlarla yaralısı var.
Geri qayıt