» » “Bu, bürokratik əngəllər yaradır”

“Bu, bürokratik əngəllər yaradır”

Bölmə: GÜNDƏM
 “Bu, bürokratik əngəllər yaradır”







“Son dövrlərdə, ümumiyyətlə, əmək və məşğulluq sahələrinin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb”.

Xalqinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Şöbə müdiri qeyd edib ki, “Əmək və məşğulluq” altsistemi vasitəsilə rəqəmsallaşdırılacaq proseslər artırılır: “Təqribən 11 il öncə bu prosesin əsası qoyuldu. Üstündən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proses tam yekunlaşmır. Daha dəqiq desək, bu sahədə az bir hissə elektronlaşdırılıb.

Hələ də əmək müqaviləsi ilə bağlı əksər proseslər kağız üzərində həyata keçirilir. Bu da müəyyən mənada həm bürokratik əngəllər yaradır, həm də müəyyən maneələrə səbəb olur. Bu mənada düşünürəm ki, bu layihə qeyd edilən proseslərin müsbət mənada başa çatmasına rəvac verəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler