» » İnternet xətti çəkərkən cərəyan vurub öldürdü - Foto

İnternet xətti çəkərkən cərəyan vurub öldürdü - Foto

Bölmə: GÜNDƏM
 İnternet xətti çəkərkən cərəyan vurub öldürdü - Foto


Lənkəranda bədbəxt hadisə baş verib.

Xalqinfo.az xəbər verir ki, hadisə rayonun Gərmətük kəndi ərazisində internet xətti çəkilişi aparılarkən qeydə alınıb.

Belə ki, internet provayderlərindən birinin əməkdaşı, rayonun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Həsənov Cəmil Zöhrab oğlu internet xətti çəkərkən yüksək gərginlikli elektrik xətlərinə toxunub. Bu zaman yüksək gərginlikli elektrik onu yerə çırpıb.

Huşsuz vəziyyətdə olan C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona yerindəcə ilkin tibbi yardım göstərməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb. Onun həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.





 İnternet xətti çəkərkən cərəyan vurub öldürdü - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler