» » Kremldən Putinin səfər etdiyi təyyarələr barədə açıqlama

Kremldən Putinin səfər etdiyi təyyarələr barədə açıqlama

Bölmə: GÜNDƏM
 Kremldən Putinin səfər etdiyi təyyarələr barədə açıqlama





“Rusiya Prezidenti Vladimir Putin səfərlər üçün yerli istehsal olan, texniki cəhətdən etibarlı aviatexnikadan istifadə edir”.

Xalqinfo.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov xarici ölkə liderlərinin təyyarə qəzasına düşməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya liderinin istifadə etdiyi aviatexnika texnoloji cəhətdən xüsusi baxışdan keçirilir.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin də göyərtəsində olduğu helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində İran lideri həlak olub. İyunun 10-da isə içərisində Malavinin vitse-prezidenti Saulos Çiliman və daha 9 nəfərin olduğu təyyarə radarlardan itib. Bu gün isə təyyarənin qalıqları aşkar edilib. Təyyarənin göyərtəsində olan bütün şəxslərin öldüyü bildirilir.






Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler