» » Almaniyadan qayıdan Təhmasibə 2 il həbs verildi - Foto

Almaniyadan qayıdan Təhmasibə 2 il həbs verildi - Foto

Bölmə: GÜNDƏM
 Almaniyadan qayıdan Təhmasibə 2 il həbs verildi - Foto
 Almaniyadan qayıdan Təhmasibə 2 il həbs verildi - Foto




2017-ci ildə Azərbaycandan Almaniyaya köçən və 2021-ci ildə geri qayıdan Təhmasib Quliyev həbs edilib.

Xalqinfo.az əldə etdiyi məlumata görə, T.Quliyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, Təhmasib Quliyev Almaniyaya köçdükdən sonra feysbuk sosial şəbəkəsində səhifə açaraq dövlətə qarşı açıq çağırış məzmunlu paylaşımlar edib və şərhlər yazıb. 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra onunla bağlı materiallar araşdırılıb və fakt təsdiqini tapıb.

Bundan sonra onun barəsində cinayət işi başlanılıb və materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 7 iyun tarixli hökmü ilə T.Quliyevə 2 il həbs cəzası verilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler