9 yaşlı qız doqquzuncu mərtəbədən yıxılıb öldüBölmə: GÜNDƏM
![]() Bakıda 9 yaşlı qız faciəvi şəkildə ölüb. Xalqinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Orada yaşayan 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır. |
|