» » Rusiyada 4 azərbaycanlıya hökm oxundu

Rusiyada 4 azərbaycanlıya hökm oxundu

Bölmə: GÜNDƏM
 Rusiyada 4 azərbaycanlıya hökm oxundu





Rusiyanın Krasnoyarsk diyar məhkəməsi 2023-cü ildə Şarıpovo şəhərində baş vermiş insidentlə bağlı 4 azərbaycanlı barəsində hökm çıxarıb.

Xalqinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, sözügedən şəxslər bir kişini öldürməkdə, evli cütlüyü isə öldürməyə cəhddə təqsirli biliniblər.

Onlardan biri 17, digərləri isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Adları açıqlanmayan azərbaycanlıların Rusiyada fiziki şəxslə müqavilə əsasında yol təmiri işlərində çalışdıqları qeyd olunub.

Qeyd edək ki, 4 azərbaycanlı 2023-cü ilin avqustunda yerli sakinlə dava etdiklərinə və sonuncunun dünyasını dəyişməsinə görə saxlanılıblar. İstintaq məlumatına görə, 3 azərbaycanlı ilə yerli sakin arasında dava düşüb: “İçkili vəziyyətdə olan təqsirləndirilən şəxslər yaxınlıqdan keçən qadına sataşıblar. Evli cütlük və onların tanışları isə qadını müdafiə etmək istəyib. Azərbaycanlılar tanışlarına zəng ediblər və o, hadisə yerinə armatur və inşaat çəkici gətirib. Bunun ardnca, onların 4-ü həmin şəxslərə hücum edib və çox sayda zərbələr endiriblər. Təqsirləndirilən şəxslərdən biri üzərində olan bıçaqla 30 yaşlı kişiyə zərbə endirib. O, aldığı bıçaq zərbəsindən hadisə yerində ölüb. Yaralı cütlük isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler