» » Şəhid mayor icra başçısının əmisi oğludur

Şəhid mayor icra başçısının əmisi oğludur

Bölmə: GÜNDƏM
 Şəhid mayor icra başçısının əmisi oğludur




Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.

Xalqinfo.az Musavat.com-a istinadən xəbər verir ki, mayor Baxış Baxışlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun əmisioğludur.

O, əslən Tərtər rayonundandır. Atası da Tərtər Rayon İcra Hakimiyyətinin məsləhətçisidir. Mərhum mayor nişanlı imiş.

Azərbaycan Universitetləri səhifəsinin yaydığı məlumata əsasən, B.Baxışlı Dövlət Sərhəd Xidmətinin Akademiyasında oxuyub. O, akademiyaya 600-dən çox bal toplayaraq daxil olubmuş.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler