Bakıda bir nəfər dənizdə batıbBölmə: GÜNDƏM
![]() Bir nəfər dənizdə batıb. Xalqinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar, dalğıc-xilasedicilər axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək. |
|