» » Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü

Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü

Bölmə: GÜNDƏM
 Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü





Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İstanbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Ə.Ərdoğan “X” hesabında paylaşım edib.

“Heydər Əliyev Fondunun işləri və Bakıda keçiriləcək İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransına (COP29) hazırlıqla bağlı məlumat aldım. Sammitlə bağlı əməkdaşlıq sahələrimizi dəyərləndirdik.

Bir daha Azərbaycanın iqlim mövzusunda bütün dünya liderlərini bir araya gətirən bu mühüm zirvə toplantısına ev sahibliyi edəcəyinə görə xoşbəxt olduğumuzu bildirdim. Türkiyə olaraq hər zaman qardaş ölkəmiz Azərbaycanın yanındayıq” - deyə paylaşımda qeyd olunur.






Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler