» » Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur

Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur

Bölmə: GÜNDƏM
Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur





Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda 10 ballıq tektonik bölgələrin mövcud olduğunu deyib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, o, bu barədə Bakıda keçirilən "Katastrofik risklərə qarşı dayanaqlı maliyyə sistemi" mövzusunda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan 8-9 ballıq zəlzələ zonasına aiddir:

"Lakin Azərbaycanda 10 ballıq bölgələr də mövcuddur. Zəlzələnin baş verəcəyi ilə bağlı qısamüddətli proqnoz dünyada yoxdur, ortamüddətli və uzunmüddətli proqnozları isə əvvəldən vermək olur. 20 il ərzində ölkədə maqnitudası 1,5 və 3-dən yuxarı olan çoxsaylı zəlzələlər baş verib".

Baş direktor həmçinin vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində geofiziki tədqiqatlar aparılmayıb: "Torpaqlarımızın 30 il işğal altında olması ilə əlaqədar orada tədqiqatlar və araşdırmalar aparılmayıb".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler