» » Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

Bölmə: GÜNDƏM
Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Elvin Valeh oğlu Həsənov, Emin Seyfulla oğlu Cavadov, Zabit Cəfər oğlu Məsimov, Əli Teymur oğlu Məmmədov və Mikayıl Fikrət oğlu Süleymanovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Xalqinfo.az-a Baş Prokurorluğun Mətuat xidmətindən bildirilib.

Belə ki, Mikayıl Fikrət oğlu Süleymanovun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətini, Emin Seyfulla oğlu Cavadov, Zabit Cəfər oğlu Məsimov, Əli Teymur oğlu Məmmədov xeyli miqdarda, Elvin Valeh oğlu Həsənovun isə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq mayın 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler