» » Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

Bölmə: GÜNDƏM
Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır







Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən layihələr regionun inkişafında və Avropa ilə Asiya arasında enerji və kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır.

Xalqinfo.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov paytaxt Ankarada keçirilmiş Türkiyə – Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, Bakı–Tiflis–Ceyhan, Bakı–Tiflis–Ərzurum qaz kəmərləri, TANAP, Bakı-Tiflis-Qars (BTQ) Türkiyə ilə Azərbaycanın birgə ən uğurlu layihələrindəndir: “Mayın 25-də açılacaq Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunda yükdaşımaların həcmi artırılacaq”.

Əli Əsədov iki tərəfli formatda həyata keçirilən layihələrə qarşılıqlı olaraq milyardlarla dollar həcmində sərmayələr qoyulduğunu açıqlayıb:

“Bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşmalarla baxırıq. Həm Azərbaycan, həm də Türkiyə hökumətləri bütün sahələrdə əməkdaşlıq üçün birgə fəaliyyətlərə hazırdırlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler