» » ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu - Şok

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu - Şok

Bölmə: GÜNDƏM
ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu - Şok






Xalqinfo.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post”un araşdırmasında deyilib.

ABŞ Mərkəzi Komandanlığının insidentdən təxminən bir il sonra verdiyi açıqlamada, "3 may 2023-cü ildə ABŞ Suriyanın şimal-qərbində Əl-Qaidənin yüksək rütbəli liderini hədəf alan birtərəfli antiterror hava hücumu həyata keçirdi" deyilib.

İstintaq ABŞ ordusunun Əl-Qaidə hədəfini səhv müəyyən etdiyini və onun əvəzinə mülki vətəndaşın, Lüfti Həsən Mastonun vurularaq öldürüldüyünü təsdiqləyib.

Öldürülən çoban 56 yaşında olub və Suriyanın Qorkanya şəhərində yaşayırmış. Öldüyü gün ABŞ-ın “Predator” pilotsuz təyyarəsi onu izləyib və evinin arxasına düşən “Hellfire” raketi ilə vurub.

“Vaşinqton Post” yazıb ki, hədəfin kim olduğu və ya yanlış istiqamətləndirilmiş zərbəyə görə kiminsə cavabdeh olub-olmayacağı hələ də bəlli deyil.











Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler