» » İrəvanın təbliğat videosu: bunun harası ermənidir?

İrəvanın təbliğat videosu: bunun harası ermənidir?

Bölmə: GÜNDƏM
İrəvanın təbliğat videosu: bunun harası ermənidir?

Ermənistanın Azərbaycana qarşı “suriyalı qruplardan istifadə” adı altında təbliğatı davam edir. Son iki gündə isə erməni mediası bütün təbliğat imkanlarını bu istiqamətə səfərbər edib.

Xarici media mənsublarının Azərbaycan Prezidenti ilə müsahibələrində də “türk əsgərlərinin Bakıda olması” məsələsi qaldırılır. Sanki inanıblar və yaxud guya inandırılmış kimi özlərini göstərərək, hər vəchlə Azərbaycan Ordusunun sıralarında hansısa muzdluların olduğunu sübut etməyə çalışırlar.

Əlbəttə, Prezident alman jurnalistin bu iddiasına cavab verdi və Bakıda hətta alman əsgərinə də rast gəlməyin mümkün olduğunu, ancaq onların cəbhədə olmadığını izah etdi.

Ancaq görünür, Ermənistan müharibədə aldığı ağır zərbələrin “səbəbkarını” başqa yerdə axtarmaqda və bu müharibənin miqyasını genişləndirməkdə maraqlıdır. Ermənistan baş naziri Paşinyan özü də bugünkü açıqlamasında “artıq əlimizdə fakt var” deyə, cəmiyyətə muzdlularla bağlı “şad xəbəri” çatdırdı.

Çox maraqlı bir mənzərədir: Ordusu darmadağın olan, iqtisadiyyatı çökən Ermənistana qiyməti milyardlarla ölçülən silah göndərilir, Ermənistanın şərq və cənub qərb (Azərbaycanla və ölkəmizin anklavı Naxçıvan MR ilə) sərhədlərinə də Rusiya sərhədçiləri yerləşdirilərək, ordakı Sərhəd Xidməti əsgərlərinin Qarabağa döyüşlərə gəlməsinə şərait yaradılır, üstəlik, Ermənistan Prezidenti xarici mediaya müsahibəsində xarici ölkə vətəndaşlarının Ermənistan ordusunda vuruşmasını, beynəlxalq hüquqa tüpürərək, “normal” sayır və bunu əbləhcəsinə onların erməni əsilli olması ilə əsaslandırır, xarici ölkələrdən mülki təyyarələrlə silah və muzdlular İrəvana daşınır, buna baxmayaraq, müsahibə götürənlər və bunu dinləyənlər bu qanunsuz cavabları “eşitmirlər”, İrəvan muzdlu məsələsində heç suçlanmır.

Rəsmi statistikaya görə 3 milyon əhalisi, 40 min ordusu, 3 milyard dövlət büdcəsi, 600 milyon dollara yaxın hərbi büdcəsi, cəmi 2 milyard ehtiyat vəsaiti olan Ermənistanın 10 milyondan çox əhalisi, 100 min ordusu, 16 milyard büdcəsi, 3 milyarda yaxın hərbi büdcəsi və 60 milyarda yaxın ehtiyat vəsaiti olan və illərdir ən müasir silahların alınmasına on milyardlarla pul xərcləyən Azərbaycanın qarşısında məğlub olması kimlərəsə “qəribə” gəlir və “muzdlu” axtarışı aparılır.

Ermənistan ordusunun sıralarında muzdlu olduğunu, yad ölkələrdən gələnlərin onlar üçün Qarabağda öldüyünü isə az qala gizlətmir, bu faktlar heç kəsin eyninə deyil.

Baxın, təqdim etdiyimiz foto Ermənistan Müdafiə Nazirliyinin bir neçə gün öncə cəbhədən hazırladığı təbliğat videosundan skrin-şotdur. Kameralara danışan şəxsin “baş leytenant Markar Saribekyan” olduğu bildirilir.

Bunun simasına, antropoloji quruluşuna, qaralığına diqqət edin: bu adam ermənidirmi? Erməniyə hansı əlamətinə görə bənzəyir?

Bu şəxsin Suriya terrorçusu olduğu qətiyyən şübhə doğurmur. Antropoloji quruluşu ilə ərəbdir, orda doğulub, mümkündür ki, erməni bağı olsun, ancaq adamın tamamilə ərəb olduğuna, torror qruplaşmasının tərkibində vuruşduğuna və muzdlu olaraq Ermənistana gəldiyinə heç bir şübhə ola bilməz.

Təqdim etdiyimiz fotodakı arxa fonda olan əsgərlərə baxın: qara paltara bürünən şəxsin kimliyi də ciddi sual doğurur...

Ermənistan baş naziri Nikol Paşinyanın “ağırılı kompromis”ə hazır olduqlarını elan edəndən bir gün sonra “sona qədər döyüşə” çağırışı ilə cəmiyyətə müraciət etməsinin səbəbini də başının xarab olmasından yox, ona verilən dəstəkdə axtarmaq lazımdır. Yada salaq ki, Nikolun ikinci müraciəti min tonlarla “humanitar yardımı” qəbul etməsindən, İrəvana Los-Anceles, Paris və Rusiyadan mülki təyyarələrlə çatdırılan “tibbi ləvazimatlar”dan, həmçinin Ermənistanın Azərbaycanla olan bütün sərhədlərinə Rusiya sərhədçiləri yerləşdiriləndən sonra meydana çıxdı. O mülki təyyarələrlə muzdlu və milyonluq silahlar göndərildiyini izah etməyə ehtiyac varmı?

Rusiya sərhədçiləri faktiki olaraq Ermənistanın təhlükəsizliyinə qarant kimi dövriyyəyə girdi. Ermənistanın özünün taleyi tükdən asılı olduğu halda çarəsizcə yalvaran Paşinyanın bir gün sonra savaş çağırışı Ermənistanın Rusiya sərhədçiləri tərəfindən himayəyə alınmasından doğan cəsarətdən, pulsuz göndərilən yüz tonlarla silah-sursatdan və muzdlulardan qaynaqlanır.

Muzdlular isə heç də yalnız PKK-çılar, İŞİD-çilər və onların sırasında döyüşən erməni əsilli terrorçulardan ibarət deyil. Sosial şəbəkələrdə yayılan məlumata diqqət edin: dünyanın supergücləri olan dövlətlərin zabit formasında olan əsgərlərinin Ermənistan tərəfdən birbaşa ön cəbhədə olduğu haqda bilgilər var. Hətta onlardan bəzilərinin – çox yüksək rütbəlilərin zərərsizləşdirildiyi də bildirilir.

Yeri gəlmişkən, Türkiyə lideri Ərdoğan da Qarabağda savaşın miqyasını genişləndirməkdə suçladığı dövlətin adını təsadüfən çəkməmişdi.

Fakt isə odur ki, Ermənistana ciddi şəkildə dəstək verilir, muzdlular göndərilir və Ermənistanın “Azərbaycanda muzdlular var” yalanına “inananların” sayı sürətlə artır. Çünki bu təbliğatı genişləndirmək üçün Ermənistana şərait yaradılır və təbliğatın arxasında duranlar var...

Heç bir hiylə, heç bir təbliğat nəticə verməyəcək: Müzəffər Ordumuzun qarşısını heç nə ala bilməz. Çünki bu vətən bizimdir və biz öz torpaqlarımız üçün savaşırıq, öz yurdumuz üçün ölürük, öldürürük...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler