Pedoqoji Universitetdə narkomaniya əleyhinə tədbir keçirilibBölmə: GÜNDƏM
Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə “Səbail rayon gəncləri narkomanlığa yox deyir!” mövzusunda tədbir keçirilib. lent.az-ın məlumatına görə, tədbirdə Səbail rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər müzakirə olunub.Tədbiri Səbail rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev açıq elan edərək qonaqları təqdim edib. O, Azərbaycanın müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd edib. Eldar Ağayev rayonda narkomaniya probleminə qarşı mübarizə tədbirlərindən danışaraq qeyd edib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən 2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində 72 fakt üzrə 9 kq 823,392 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Tədbiririn sonunda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşürlər paylanıb. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|