» » Bank Telman İsmayılovun oğlundan əl çəkdi

Bank Telman İsmayılovun oğlundan əl çəkdi

Bölmə: GÜNDƏM
Bank Telman İsmayılovun oğlundan əl çəkdi
Moskva Arbitraj məhkəməsi azərbaycanlı oliqarx - keçmiş milyarder Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsinə dair iddiaya baxılmasını dayandırıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ələkbər İsmayılovun müflis elan edilməsinə dair iddianı “BMB Bank” qaldırmışdı. Lakin indi bank özü iddiasını geri götürüb və Telman İsmayılovun oğlunun müflis elan edilməsinə nail olmaq təşəbbüsündən əl çəkib.

Xatırladaq ki, Telman İsmayılovun özü “Bank Moskva”nın (VTB qrupuna daxildir) iddiası əsasında müflis elan edilib. Məhkəmənin qərarı ilə onun əmlakı dondurulub. T.İsmayılovun kreditorlara 1.5 milyard dollardan çox borcu var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler