Lapşin Rusiyanı yox, İsraili seçdiBölmə: GÜNDƏM
Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən blogger Aleksandr Lapşin ekstradisiya olunması üçün müraciət edib. "Xalqinfo"nun verdiyi xəbərə görə, Rusiya və İsrail vətəndaşı olan A.Lapşin İsrailə ekstradisiya olunmaq istdədiyini deyib. Lapşin hökmdən apellyasiya şikayəti verməyəcəyini bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən Lapşinə ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddədi ilə bəraət verilib. O, Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|