Bakıda “15 iyul dastanı” adlı anım gecəsi keçirilib - FotolarBölmə: GÜNDƏM
![]() Bu gün Bakıda ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunmuş “15 iyul dastanı” adlı tədbir keçirilib. Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər dövlət rəsmiləri iştirak ediblər. Əvvəlcə “15 iyul” şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və TRT kanalının hadisədən lentə aldığı kadrlar yayımlanıb. Müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub. Ə.Həsənov dövlətimizin başçısı İlham Əliyevin 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
|