Millət vəkili 3 ölkənin fəal qadınları ilə görüşdüBölmə: GÜNDƏM
Millət vəkili Qənirə Paşayeva Hindistan, Vyetnam və Kombocanın tanınmış qadınları ilə görüşüb. Xalqinfo.az xəbər verir ki, görüşdə Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı danışıb. Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı da məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsini diqqətə çatdırıb. Azərbaycanın Hindistan, Vyetnam və Komboca ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva onlara ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə roluundan və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərin sonunda millət vəkili Q.Paşayeva Hindistan, Vyetnam və Kombocanın tanınmış təşkilat rəhbərlərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib. Leyla Həsənova |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|