» » Həmsədrlər Bakıda Qarabağ icmasının üzvləri ilə görüşüb

Həmsədrlər Bakıda Qarabağ icmasının üzvləri ilə görüşüb

Bölmə: GÜNDƏM
Həmsədrlər Bakıda Qarabağ icmasının üzvləri ilə görüşüb
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri baş tutdu. Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Həmsədrlər xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla yanaşı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın üzvləri ilə də görüşüblər.

Bununla bağlı “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın sədri Bayram Səfərov Modern.az-a açıqlama verib. O bildirib ki, həmsədrlərlə görüş normal keçib:

“Görüşdə cəbhədəki vəziyyət, nizamlanma prosesi ilə bağlı məsələ ətraflı müzakirə olundu. Həmsədrlər hər zamankı kimi, danışır və nəsə etməyə çalışırlar. Görüş zamanı onlara lazım olan sualları ünvanladıq. Yəni torpaqlarımız nə vaxt sülh yolu ilə qaytarılacaq və biz nə zaman həmin yerlərə dönə biləcəyik?

Bu, sıracan, elə-belə məsələ deyil, problem 25 ildir davam edir. Mənim tək istəyim Şuşada olmaqdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler