» » Cocuq Mərcanlıda raket və piyada əleyhinə minalar aşkarlanıb

Cocuq Mərcanlıda raket və piyada əleyhinə minalar aşkarlanıb

Bölmə: GÜNDƏM
Cocuq Mərcanlıda raket və piyada əleyhinə minalar aşkarlanıb
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 1201 ədəd qəlpə, bir ədəd partlamamış hərbi sursat (PHS) (PQ-7VL raketi) və iki ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Nəticədə 17413 kv.m (1.74 ha) ərazi tam təmizlənib, 18300 kv.m (1.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 35713 kv.m (3.57 ha).

Xalqinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, 100 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. 111687 ədəd qəlpə, 72 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), iki ədəd 120 mm-lik minaatan mərmi (OF-843), üç ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, dörd ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, bir ədəd F-1 əl qumbarası, bir ədəd RQD-5 əl qumbarası, bir ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), bir ədəd 100 mm-lik top mərmisi (OF-412), səkkiz ədəd TM-62P3 minasının gücləndiricisi, bir ədəd TM-57 minasının gücləndiricisi, dörd ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) bir ədəd 122 mm-lik top mərmisi (Ş-1) və bir ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2341025 kv.m (234.10 ha) ərazi tam təmizlənib, 1281740 kv.m (128.17 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 3 622 765 kv.m ( 362.28 ha).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler