» » Azərbaycanlı aparıcı qəzaya düşdü:

Azərbaycanlı aparıcı qəzaya düşdü: "Ölümdən döndüm”

Bölmə: GÜNDƏM
Azərbaycanlı aparıcı qəzaya düşdü:
Tanınmış jurnalist Tahirə Məmmədqızı avtomobil qəzası keçirib.


Xalqinfo.az yenicag.az-a istinadən məlumatına görə, hadisə yas mərasimindən qayıdarkən baş verib. Hələ də şokda olan aparıcı-jurnalist ölümdən döndüyünü deyir:

"Yaxın dostum, tanınmış rejissor Xamisin törətdiyi qəza nəticəsində dünyasını dəyişən xanımın yas mərasimindən qayıdırdım. İnanın, özümdə-sözümdə deyiləm. Heç sürətlə də sürmürdüm... Bir onda gördüm ki, maşına sol tərəfdən güclü zərbə dəydi. Həkimə necə, nə vaxt çatdırıblar, xatırlamıram. Xəstəxanadayam, ayağımdan zədə almışam. Daha betər ola bilərdi, Allah saxladı, ölümdən döndüm".

Qeyd edək ki, T. Məmmədqızı bir neçə dəfə avtomobil qəzası keçirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler