» » Nazir ön xətdə müdafiənin təşkilini yoxladı -

Nazir ön xətdə müdafiənin təşkilini yoxladı - Fotolar

Bölmə: GÜNDƏM
Nazir ön xətdə müdafiənin təşkilini yoxladı -
Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Müdafiə Nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə naziri, general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə təbrik edən nazir, hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladaraq, onlara işğal edilmiş torpaqların azad edilməsi uğrunda hər an döyüşə hazır olmalarını tapşırıb.

Nazir ön xətdə müdafiənin təşkilini yoxladı -
Nazir ön xətdə müdafiənin təşkilini yoxladı -
Nazir ön xətdə müdafiənin təşkilini yoxladı -
Nazir ön xətdə müdafiənin təşkilini yoxladı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler