İran qırıcıları İŞİD-i bombaladıBölmə: GÜNDƏM
İran İraq ordusuna İŞİD-lə mübarizə aparmaq üçün 3 ədəd Rusiya istehsalı olan Su-25 bombardmançı təyyarə göndərib. ans press-in məlumatına görə, bu barədə New York Times qəzeti ABŞ və İraq hökumətindəki mənbələrinə istinadən xəbər verir. İraq ordusunun artıq bu təyyarələrlə ölkənin şimal-şərqindəki Ramadi, Fəllucə, Bayci şəhərlərində olan İŞİD-in mövqelərini bombardman etdiyi bilirilir. Bombardman zamanı təyyarəlrdən birinin pilotunun iranlı olduğu bildirilir. Bombardmançı təyyarələr Bağdadda “Rəşid” aviabazasına yerləşdirilib. Qəzetin yazdığına görə, ABŞ-ın İraqa satdığı F-16 qırıcıları bu ilin payızında rəsmi Bağdada təhvil veriləcək. Amma dəqiq vaxt açıqlanmır. Qeyd edək ki, İran “Əbabil” adlı pilotsuz təyyarəsini kəşfiyyat üçün İraqa göndərmişdi. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|