» » Gənclər arasında işsizlik kritik həddə...

Gənclər arasında işsizlik kritik həddə...

Bölmə: GÜNDƏM
Gənclər arasında işsizlik kritik həddə...

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda işsizlik böhranı yaşanır. İşğalçı ölkədə təkcə gənclərin 39,1 faizi işsizdir.

Xalqİnfo” Azərtac-a istinadən xəbər verir ki, Ermənistan Statistika Xidmətinin məlumatına görə, ölkədə işsizlərin sayı ciddi şəkildə artıb. İşsizlərin 79,8 faizi qadınlar, 48,6 faizi isə 16-44 yaş arasında olanlardır. İşğalçı ölkədə gənclər arasında işsizlik kritik həddədir.

Beynəlxalq Əmək təşkilatının bununla bağlı hesabatında deyilir ki, 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizliyin səviyyəsi oğlanlar arasında 17,3, qızlar arasında isə 17,7 faiz olacaq ki, bunun da böyük əksəriyyəti Ermənistanın payına düşəcək. Hazırda Ermənistanda təkcə gənclər arasında işsizliyin səviyyəsi 39,1 faizdir.

Hökumətinin üç il əvvəl “Məşğuliyyət haqqında” qanunda dəyişiklik etməsi vəziyyəti bir qədər də gərginləşdirib. Qanun layihəsinə əsasən, işsizlik müavinətinin ləğv edildi. Buna qədər Ermənistanda rəsmən qeydə alınmış işsizlərə 18 min dram, təxminən 35 manat aylıq müavinət verilirdi. Gənclərlə yanaşı, orta yaşlı vətəndaşlar da iş tapa bilmirlər. Bu isə etirazlara səbəb olur. İrəvanın mərkəzi meydanında Vardenisdən gəlmiş Armen Yeranosyan adlı işsiz vətəndaş isə aclıq elan edərək ağzını tikib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler