“Estetik əməliyyat insanı translara oxşadır” - NigarBölmə: Fotosessiya, Şou
“Bəzi insanlar çox vaxt yaş barədə danışmağı, üzdə qırış, çirkinlik axtarmağı çox sevirlər. Amma bunları özlərində yox, mənim üzümdə axtarmağa çalışırlar”. “Xalqinfo” xəbər verir ki, bu sözləri müğənni Nigar Camal instaqramda yazıb. O,ötən gün paylaşım edərək plastik əməliyyat etdirmədiyini elan edib. “Cenifer Lopezə bənzəmək üçün plastik əməliyyat keçirməmişəm. İstənilən bu cür estetik əməliyyat insanı transseksuallara bənzəməyə gətirib çıxarır. Bu yalnız Amerika filmlərində olur. Sanki elə əməliyyat edirlər ki, doğma anası belə öz övladını qoxusundan tanıya bilmir. Əzizlərim, sadəcə olaraq özünüzə qulluq edin. Yaşlı qadın yoxdur, baxımsız qadın var. Spirtli içki və siqaretə az aludə olun.Düzgün qidalanmanı məsləhət görə bilmirəm. Özüm də dadlı yeməkləri sevirəm. Bu yaxşı əhval –ruhiyyə və böyük pozitivlik verir. Mənə görə pəhriz orqanizm üçün stressdir”. |
|